Zəlzələ Türkiyəni dağıtdı - ölü sayı artır YENİLƏNİB, FOTOLAR, VİDEO

25 Yanvar, 2020 10:50 | Hadisə | Baxış sayı: 315
Zəlzələ zonası
Zəlzələ zonası

6,8 ballıq zəlzələdən sonra hadisə yerinə itlər də gətirilib

Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. Son məlumata görə, dağıntılar altından sağ çıxarılan vətəndaşlar da var. Hadisədən saatlar sonra dağıntılar altından çıxarılanlardan biri 12 yaşlı uşaq, digəri isə 6 aylıq hamilə qadındır.

Xilasetmə işlərində canlı qüvvə ilə yanaşı itlər, səsə həssas cihazlardan da istifadə edilir. 

Zəlzələ bölgəsində olan daxili işlər naziri Süleyman Soylu  hər kəsi ərazidə səssizliyə riayət etməyə çalışıb. Bu yolla xilasedicilərin dağıntılar altında qalanların səslərini eşitməsi asanlaşa bilər. "Xilasedicilər soyuq hava və gərgin iş şəraiti ilə bağlı olaraq tez-tez dəyişirlər. Həm işləyir, həm də dua edirik".

Saat 08:40

Türkiyə növbəti dəfə zəlzələ fəlakəti ilə sarsılıb. İstiPress-in məlumatına görə, təkanlar bu dəfə Elazığ və Malatyada qeydə alınıb. Ötən gün axşam saat 21 radələrində baş verən zəlzələ 6,8 bal gücündə olub. Əsas təkandan sonra 97 afterşok qeydə alınıb. Təkanlar Kilisdən Samsuna, İraqdan Suriyaya qədər bir çox bölgədə də hiss edilib.

Təkanlar təlafat və dağıntıya səbəb olub. Səhiyyə naziri Fahrettin Kocanın verdiyi ən son məlumata görə, 19 nəfər ölüb. Ölüm hallarından 13-ü Elazığ, 6-ı isə Malatyada qeydə alınıb. 922 nəfər isə yaralanıb. 

Zəlzələ bölgədə onlarla evin dağılmasına da səbəb olub. Dağıntılar altında insanların qala biləcəkləri, bunun üçün də ölü sayının artacağı da istisna edilmir. 

Təkanlardan sonra şəhərdəki hündür binalardan birində güclü yanğın da başlayıb. Ehtimala görə, hadisəyə səbəb zədələnən qaz borusunda olan sızma olub. 

Zəlzələ nəticəsində dağılan bina
Zəlzələ nəticəsində dağılan bina
Elazığ zəlzələsi
Elazığ zəlzələsi
Elazığ zəlzələsi
Elazığ zəlzələsi
Elazığ zəlzələsi
Elazığ zəlzələsi
Elazığ zəlzələsi
Elazığ zəlzələsi
Elazığ zəlzələsi
Elazığ zəlzələsi