Təkanlardan danışan nazirlər özləri də zəlzələyə yaxalandı VİDEO

25 Yanvar, 2020 13:44 | Hadisə | Baxış sayı: 169
Zəlzələ barədə açıqlama verən nazirlər
Zəlzələ barədə açıqlama verən nazirlər

3 nazirin brifinqi zamanı növbəti təkan qeydə alınıb

Ötən axşam 22 nəfərin ölümünə, mindən çox insanın yaralanmasına səbəb olan zəlzələdən sonra Türkiyədə təkanlar qeydə alınmaqda davam edir. Bu təkanlardan biri də 3 nazirin açıqlama verməyə hazırlaşdığı zamana təsadüf edib.

İstiPress-in məlumatına görə, Elazığdakı zəlzələ barədə son məlumatları vermək üçün daxili işlər naziri Süleyman Soylu, ətraf mühit naziri Murat Kurum və səhiyyə naziri Fahrettin Koca valilik binasında son məlumatları aşıqlamaq üçün brifinq keçiriblər. Brifinqdən öncə də şəhərdə hiss edilən növbəti təkan qeydə alınıb. 

Nazirlərin ortaq məlumatında qeyd edilir ki, bu ana kimi 22 nəfər vəfat edib. Onlardan 18-i Elazığ, 4-ü isə Malatyada ölüb. 39 nəfər dağıntılar altından sağ çıxarılıb. Onların arasında hamilə qadın da var.