Qarlı hava Qubaya gedən turist köməksiz qaldı FOTO

25 Yanvar, 2020 11:04 | Hadisə | Baxış sayı: 45
Yolda qalan turist
Yolda qalan turist

Maşınının şinləri deşilən turistə polislər kömək ediblər

Daxili İşlər Nazirliyinin əməkdaşları qar görmək üçün Qubaya gedən turistləri xilas edib. DİN-dən verilən məlumata görə, Azərbaycana qonaq gəlmiş əcnəbi vətəndaş Qubanın məşhur Qəçrəş meşəni ərazisində hərəkət edən zaman nəqliyyat vasitəsinin şinlərindən biri deşilib. Nəticədə o qarlı havada yolda köməksiz qalıb. 

Onun köməyinə Quba Rayon Polis Şöbəsinin əməkdaşları çatıblar. Ərazidə xidmət aparan Quba RPŞ-nin PPXB-nün əməkdaşları isə yaşlı turistə məxsus nəqliyyat vasitəsinin şinini dəyişərək ona köməklik göstəriblər.