Bakıda içkidən yenə zəhərlənən var

25 Yanvar, 2020 11:38 | Hadisə | Baxış sayı: 30
Xəstəxana
Xəstəxana

Bir litr içkini içən kişi xəstəxanaya düşdü

Bakıda orta yaşlı kişi spirtli içkidən zəhərlənib. Hadisə yanvarın 24-i saat 19 radələrində, paytaxtın Xətai rayonu Qaçaq Nəbi küçəsindəki kafedə qeydə alınıb.

Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Şahmalı Əzimov həmin ərazidə fəaliyyət göstərən "Beer Point" kafesində 1 litr "Tradisii Belarusii" markalı spirtli içki içib. O, spirtli içkidən zəhərlənmə ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Ş.Əzimovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində araşdırma aparılır.