Bakıda avtobus buzlu yolda sürüşdü, sərnişinlər yaralandı FOTO

25 Yanvar, 2020 10:24 | Hadisə | Baxış sayı: 95
Avtobus qəzası
Avtobus qəzası

Toqquşmadan qaçmaq istəyən sürücü idarəetməni itirib

Bakıda bu gün səhər saatlarında yenidən avtobus qəzası baş verib. Bu barədə məlumat Bakı Nəqliyyat Agnetliyindən verilib. BNA-nın məlumatına görə, saat 08 radələrində “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 JL 290 DQN) avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb. Şəhər istiqamətində hərəkət olan avtobusun qarşısına əks istiqamətdə hərəkət edən "VAZ 2107" markalı minik avtomobili çıxıb. Toqquşmadan yayınmaq üçün avtobusun sürücüsü manevr etmək istəsə də yol sürüşkən olduğundan nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtobus yoldan kənara çıxıb.

Qəza nəticəsində sərnişinlərdən bir neçə nəfərin yüngül xəsarət aldığı bildirilir.