Polşa səfirliyinin maşını Bakıda qəzaya düşdü

24 Oktyabr, 2019 19:13 | Hadisə | Baxış sayı: 84
Avtomobil qəzası
Avtomobil qəzası

Səfirliyin əməkdaşı xəsarət alıb

Polşa səfirliyinin avtomobili qəzaya düşüb.

İstiPress-in məlumatına görə, hadisə Bakının Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb.

Məlumata görə, Artur Taraseş idarə etdiyi “Toyota” markalı avtomobili yol kənarında dayanan Siyavuş Qocayevin sürdüyü “Mercedes” markalı maşına vurub.

Qəza zamanı səfirliyin əməkdaşı yüngül dərəcəli xəsarət alıb, avtomobillərə ziyan dəyib.