Əməkdar artistin maşınından oğurluq edənlərin adları açıqladı

24 Oktyabr, 2018 14:20 | Hadisə | Baxış sayı: 102

Bakı, Sumqayıt və Gəncə şəhərlərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyi əməkdar artist Nuran Növrəslinin maşının qarət olunması barədə məlumat yayıb. 

İstiPress-in məlumatına görə,  Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı, Sumqayıt və Gəncə şəhərlərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Əvvəllər məhkum olunan - Rizvan Quliyev və T.Mustafazadənin ətrafında aparılan tədbirlərlə onların rayon ərazisində daha 1 avtomobildən pul və sənəd, həmçinin oktyabrın 20-də Nərimanov rayonunun C.Hacıbəyli küçəsində Bakı şəhər sakini Nurlan Növrəslinin “Renault” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə mobil telefon və bankomat kartını oğurladıqları da müəyyən edilib.