Azərbaycanda şair iş adamına yarım milyon manat atdı

24 Oktyabr, 2018 16:23 | Hadisə | Baxış sayı: 199
Manat
Manat

Dövlət ittihamçısı cəmi 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Əli Hacı Ağaevli və Fuad Kərimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

İstiPress-in məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini və 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Qeyd edək ki, Ə.Ağaevli və F.Kərimov zərərçəkmiş Qabil Mehdiyevdən yarım milyon manata yaxın pul alaraq, dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunurlar.

Xatırladaq ki, 2015-ci ildə Əli Hacı Ağaevlinin 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb və qeydə alınıb. O, “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnstitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresinin Məşvərət Məclisi sədrinin birinci müavini, "Varliq” qəzetinin təsisçisi və baş redaktoru olub. 1996-1998 ci illərdə “Varlıq” şirkətinin prezidenti kimi fəaliyyət göstərib. O, eyni zamanda şair kimi tanınır, bir neçə şeir kitabı çap olunub.