13 yaşlı qız aviaşirkəti məhkəməyə verdi - hicaba görə

24 Sentyabr, 2019 11:40 | Hadisə | Baxış sayı: 51
Başı açılan 13 yaşlı qız
Başı açılan 13 yaşlı qız

Yeniyetməni başını hər kəsin qarşısında açmağa məcbur ediblər

"Air Canada" hava yolları məhkməyə verilib. İddianı 13 yaşlı müsəlman qız və ailəsi qaldırıb. Buna səbəb isə avia şirkətin 13 yaşlı Fatimə Abdelrahmandan uçuşdan öncə hicabını çıxarmasını tələb etmək olub. 

Yeniyetmə idmançı San-Fransiskodan Torontoya uçmalı olub. Hava limanında ondan hicabı açmaq tələb edilib. Çünki qızın pasport fotosu başı açıq formada çəkilib.

Fatimənin sözlərinə görə, onun bütün komanda yoldaşları və məşqçini təyyarəyə buraxıblar. İdmançı deyir ki, ona hicabı xüsusi bir otaqda çıxarmağa icazə verə bilərdilər. Lakin bunu etməyiblər. Nəticədə Fatimə baş örtüyünü hər kəsin yanında açmalı olub. O baş verən hadisəni diskriminasiya adlandırıb. 

"Air Canada" baş verən hadisə ilə bağlı heç bir açıqlma verməyib. Lakin ailənin sözlərinə görə, onlara elektron məktub göndərilib və insidentdən sonra şirkətin siyasətini dəyişdiyi qeyd edilib.