Şamaxıda da yanğın başladı

24 Avqust, 2019 15:36 | Hadisə | Baxış sayı: 34
Yanğın
Yanğın

Yanğın yerinə FHN-nin şəxsi heyəti və texnikası cəlb olunub

Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında yanağıan başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. FHN-nin məlumatına görə, 112 qaynar telefon xəttinə kənd yaxınlığındakı ərazidə quru ot və kol-kosun yanması barədə məlumat daxil olub.

Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb olunub. Hazırda yanğının söndürülməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xatırladaq ki, bundan öncə Hirkan Milli Parkı, o cümlədən Quba, Ağsu, Yardımlı və ən son Qəbələ rayonlarında da otluq sahələrində yanğınlar baş verib. Hirkan Milli Parkında avqustun 20-də başlayan yanğın bu gün söndürülüb. 

Qəbələdəki yanğının qısa zamanda söndürülməsi və geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə ötən gün əraziyə FHN-in Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi və 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.