Xaçmazda maşın aşıb, ölən və xəsarət alan var

24 Avqust, 2017 09:19 | Hadisə | Baxış sayı: 102
Aşan maşın
Aşan maşın

Faktla bağlı araşdırmalar davam etdirilir

Yalama-Xudat yolunun 3-cü km-də Xudat şəhər sakini, 47 yaşlı İlqar Ələkbərovun idarə etdiyi Daevoo markalı avtomobil aşıb, nəticədə sürücü hadisə yerində ölüb.

İstiPress-in şimal bürosunun məlumatına görə, sərnişin, 27 yaşlı Orxan Abdullayev isə ağır xəsarətlərlə Xudat şəhər xəstəxanasına çatdırılıb.

Xaçmaz polis şöbəsində qəzanın səbəbləri araşdırılır.