Xaçmazda 8 yaşlı uşağı maşın vurub

24 İyul, 2017 19:41 | Hadisə | Baxış sayı: 82
Piyada keçidi - Yol nişanı
Piyada keçidi - Yol nişanı

Fakt araşdırılır

Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

İstiPress-in Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Yalama yolunun Qusarçay kəndi ərazisində baş verib.

8 yaşlı Qurbanəliyev Aslan Zaur oğlunu maşın vurub. Azyaşlıya sol budun aşağı üçdə birinin açıq sınığı və başın əzilməsi diaqnozu qoyulub.

Fakt araşdırılır.