Bu rayonda 5 tondan çox narkotik yandırıldı

24 İyun, 2019 13:48 | Hadisə | Baxış sayı: 64

18350 ədəd narkotik tərkibli bitki kökündən çıxarılıb

Şəki rayonunda 5 tondan artıq narkotik tərkibli bitki məhv edilib.

İstiPress-ə bu barədə DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çapağan kəndi ərazisində vətəndaşa məxsus torpaq sahəsində yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Ümumi çəkisi 5 tondan artıq olan 18350 ədəd narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.