Bakıda qadın sürücü maşını işıqfora çırpdı - 1 ölü, 3 yaralı

24 İyun, 2019 16:55 | Hadisə | Baxış sayı: 204
Təcili yardım maşını
Təcili yardım maşını

Avtomobil işıqforun dirəyini qıraraq yaxınlıqdakı çinar ağacına dəyib

Bakıda ağır yol qəzası baş verib. Hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.

İstiPress-in məlumatına görə, Şəmkir rayon sakini, 1974-cü il təvəllüdlü Əsgərova Sahibət İsax qızı idarə etdiyi "Hyundai Santa Fe" markalı 99 FF 244 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və Zərifə Əliyeva küçəsi, 25 ünvanı ilə üzbəüz işıqforun dirəyinə çırpılıb. Sürət həddi yüksək olduğundan avtomobil işıqforun dirəyini qıraraq yaxınlıqdakı çinar ağacına dəyib.

Hadisə nəticəsində sərnişin, 1978-ci il təvəllüdlü Abbaslı Könül Əhməd qızı hadisə yerində dünyasını dəyişib, sürücü və digər iki sərnişin - 1981-ci il təvəllüdlü Əliyeva Adilə Nazim qızı və 2004-cü il təvəllüdlü İslamova Nərmin Eldəniz qızı ağır bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanıb.