Bakı sakini tanışını avtomobillə qətlə yetirdi

24 İyun, 2019 12:37 | Hadisə | Baxış sayı: 96

Hadisə mübahisə zamanı baş verib

Bakıda 31 yaşlı kişi qətlə yetirilib.

İstiPress-in məlumatına görə, Xəzər rayonu, Buzovna qəsəbəsində 29 yaşlı Murad Baxşıyev mübahisə zamanı idarə etdiyi “VAZ 2107” markalı avtomobillə tanışı, 1988-ci il təvəllüdlü Əliyev Rəşad Zakir oğlunu qəsdən vuraraq qətlə yetirib.

M.Baxşıyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.