Kişi kafedə qadını bıçaqlayıb öldürdü

24 May, 2019 20:06 | Hadisə | Baxış sayı: 96
Təcili yardım maşını
Təcili yardım maşını

Həkimlər onun həyatını xilas edə bilməyib

Ağdam rayonunda kişi qadına çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb

İstiPress-in məlumatına görə, hadisə rayonun Əhmədağalı kəndində yerləşən “Balıqçılıq” kafesində qeydə alınıb. 

Belə ki, rayonun Yuxarı Yüzbaşılı kənd sakini, 1964-cü il təvəllüdlü Təzəgül Sadıq qızı Vəliyeva həmyerlisi Evoğlu kənd sakini, 1969-cu il təvəllüdlü Ayaz Kərim oğlu Quliyev tərəfindən bıçaqla öldürülüb. Yaralı Ağdam Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.