Məmur özünü güllələdi - borca görə

24 Aprel, 2020 09:33 | Hadisə | Baxış sayı: 174
Ov tüfəngi
Ov tüfəngi

İcra hakimiyyətinin işçisi Lerikdə intihar edib

Lerik sakini özünü güllələyib. Rayon sakini 43 yaşlı Qalib Quliyev yaşadığı evin yaxınlığında güllə ilə atəş açaraq özünü öldürüb. Hadisənin dəqiq səbəbi bilinməsə də Q. Quliyevin borc səbəbindən özünü öldürdüyü ehtimal edilir. Mərhum evli olub, iki övlad atası idi. 

Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.  

Məlumata görə, intihar edən şəxs Lerik Rayon İcra Hakimiyyəti aparatında humanitar şöbəsində məsləhətçisi vəzifəsində çalışıb.