Gənc müəllimə özünü çaya atıb intihar etdi - FOTO

24 Aprel, 2019 20:35 | Hadisə | Baxış sayı: 182
Akkuşa çayı, Salyan
Akkuşa çayı, Salyan

3 azyaşlı oğlan uşağının anası olub

Bu gün axşam saatlarında Salyan rayonunun Seyidsadıqlı kəndində intihar hadisəsi baş verib.

İstiPress-in "virtualaz.org"un  Şirvan bürosuna istinadən məlumatına görə, kəndin 35 yaşlı sakini Aysel Vaqif qızı Dadaşova özünü evlərinin yaxınlığından keçən Akkuşa çayının körpüsündən suya ataraq intihar edib.

Aysel Dadaşovanın 3 azyaşlı oğlan uşağının anası və Seyidsadıqlı kənd orta məktəbinin ibtidai sinif müəlliməsi olduğu deyilir.

Hazırda özünü suda batırmış qadının cəsədinin tapılması üçün üçün FHN-in dalğıc-xilasediciləri tərəfindən axtarış işləri aparılır.Hadisə yerinə yerli icra və  hüquq-mühafizə orqanlarının rəhbərləri də gəlib.