Bakıda gənc qız özünü 17-ci mərtəbədən atdı

24 Aprel, 2019 08:46 | Hadisə | Baxış sayı: 82
İntihar edən qız
İntihar edən qız

O yerindəcə keçinib

Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.

1996-cı il təvəllüdlü Firuzə Dadaşova Əsəd Əhmədov küçəsində yerləşən Akademiklər binasının 17-ci mərtəbəsindən özünü yerə atıb.

Zərərçəkmiş hadisə yerində keçinib.

Daha bir intihara cəhd isə Qubada baş verib. Möhüc kənd sakini, 2004-cü il təvəllüdlü F.M özünü Quba şəhərində yerləşən Qudyalçayın üzərindəki körpüdən atıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb. Yaxınlıqda olan şəxslər onu Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Həkimlərin səyi nəticəsində qız sağ qalıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirib.