Füzulidə qatar avtomobili vurdu - ölən var

24 Mart, 2019 12:58 | Hadisə | Baxış sayı: 136
Qəzaya düşmüş VAZ-2106
Qəzaya düşmüş VAZ-2106

Sürücü hadisə yerində ölüb

Füzuli rayonunda sərnişin qatarı ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, hadisə Araz Dilağarda kəndində baş verib.

Qəza nəticəsində avtomobilin sürücüsü - 1949-cu il təvəllüdlü Həsənov Barat Cəbrayıl oğlu hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.