"WhatsApp"da koronavirus səs yazısını yayan tapıldı - həkimdir

24 Fevral, 2020 11:18 | Hadisə | Baxış sayı: 418
Tutulan həkim
Tutulan həkim

Saxlanılan şəxs zarafat etdiyini deyib

"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan şəxs tapıldı. İstiPress-in haqqin.az-a istinadla verdiyi məlumata görə, xüsusi əməliyyat vasitəsi ilə  saxlanılıb.

Məlum olub ki, saxlanılan şəxs həkimdir. Dindirilmə zamanı o zarafat etdiyini deyib. Ona məsuliyyəti xatırladılaraq xəbərdarlıq edilib və sərbəst buraxılıb.

Koronavirus haqqında səs yazısı "WhatsApp" ani mesajlaşma sistemi ilə yayılıb. Səs yazısında ölkədə artıq virusa yolucanların qeydə alındığı, onların Mərkəzi Klinikaya yerləşdiirldiyi iddia edilirdi. 

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri sosial şəbəkələrdə yayaılan səs yazısı ilə bağlı birgə məlumat yayıblar.

Məlumatda bildirilib ki, sosial şəbəkələrdə koronavirsa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısı həqiqəti əks etdirmir. Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib.