Bakıda xadimə işlədiyi evdən 5000 manat oğurladı

24 Yanvar, 2020 15:14 | Hadisə | Baxış sayı: 28

Qızıl-zinət əşyaları oğurlayıb

Paytaxtda xadimə işlədiyi evdən 5000 manatlıq oğurluq edib.

İstiPress-ə bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə rayon ərazisindəki mənzillərin birindən yanvarın 22-də saat 10-dan 23-dək olan müddətdə 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin evdə xadimə işləyən Bakı şəhər sakini S.Dadaşova saxlanılıb və o, bu cinayət əməlini törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.