Bakıda məktəbdən uşaqları oğurlayan qadın peyda olub? RƏSMİ

24 Yanvar, 2020 09:35 | Hadisə | Baxış sayı: 237
Uşaq oğurluğu. Arxiv.
Uşaq oğurluğu. Arxiv.

Baş Polis İdarəsi "whatsapp"da yayaılan səslə bağlı araşdırmaya başladı

Bakıda valideynləri qorxuya salan şayiələr yayılıb. İddiaya görə, məktəblərdə uşaqları oğurlayan qadının peyda olub. Bununla bağlı iki valideynin "whatsapp" sosial şəbəkəsində səsi yayılıb. Hətta qadının görüntüsü də paylaşılıb. 

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar nəzarətə götürülüb. "Tərəfimizdən müvafiq araşdırmalar davam etdirilir”.

Xatırladaq ki, paytaxtdakı 96 saylı tam orta məktəbin həyətində, təxminən, 45-50 yaşlı qadın uşaqlara yaxınlaşaraq, onları dilə tutaraq aparmaq istəməsi iddia edilir. Bu zaman orada olan digər valideynlər qadının uşaqları aparmasına mane olublar.

Bildirilib ki, qadın uşaqları yaxınlıqdakı avtomobilə aparmaq istəyib. Ondan başqa maşında kişilər də olub. Onların əlbir olduqları deyilir.