Rayondan gəlib Bakıda kafe yandıran şəxs tutuldu

23 Dekabr, 2017 16:46 | Hadisə | Baxış sayı: 264
Yanğın
Yanğın

Dekabrın 19-da Bakının Saray qəsəbəsindəki kafeni yandıran şəxs Qubanın Zərdabi kənd sakuni Tərlan Qənbəri olub.

İstiPress-in şimal bürosunun məlumatına görə, o, DİN-nin və DTX-nin Quba rayon şöbələrinin əməkdaşlarının birgə əməliyyatı nəticəsində rayon ərazisində tutularaq Abşeron polis idarəsinə təhvil verilib.Quba sakininin Abşeronda gəlib yanğın törətməsinin səbəbləri araşdırılır.

Qubanın hüquq-mühafizə orqanları faktı təsdiqləyib. Saxlanılan şəxs əvvəllər məhkum olunub və Qubada onun tutulması Abşeron polis idarəsinin məlumatı əsasında baş tutub.