Azərbaycanlıların olduğu gəmi Yunanıstanda batmaq üzrədir

23 Dekabr, 2017 13:57 | Hadisə | Baxış sayı: 264
Little Seyma - gəmisi
Little Seyma - gəmisi

Panama bayrağı altında üzən "Little Seyma" gəmisi Yunanıstana məxsus kiçik adaların yaxınlığında saya oturub.

İstiPress-in məlumatına görə, gəminin göyərtəsində 12 ekipaj üzvündən 9-u ukraynalı, 3-ü azərbaycanlıdır.

Onların həyatı üçün hər hansı təhlükə olmadığı bildirilir.

Rusiyada limandan çıxıb Famaqustaya istiqamət götürən yük gəmisi 2700 ton un daşıyır.