Xaçmazda Rusiyaya gedən yük avtomobili polis əməkdaşını vurub öldürüb.
İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə noyabrın 22-si Xaçmaz rayonu ilə Qusar rayonu arasında qoyulmuş karantin postunda qeydə alınıb.
Rusiya vətəndaşının idarə etdiyi TİR ərazidə xidmət aparan polis serjantı, Xaçmaz rayon polis şöbəsinin Xudat bölməsinin əməkdaşı Şahin Şakir oğlu Qocayevi vurub. Nəticədə 37 yaşlı polis əməkdaşı Şahin Qocayev yerindəcə ölüb.
Hadisənin təfərrüatları araşdırılır.