Tikintidən material oğurlayan şəxs tutuldu

23 Oktyabr, 2019 18:11 | Hadisə | Baxış sayı: 59
Azərbaycan polisi
Azərbaycan polisi

Polis əməliyyat keçirib

Gəncədə tikintidən 25 000 manatlıq inşaat materialları oğurlanıb.

İstiPress-ə Daxili İşlər Nazirliyindən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 21-də tikinti sahələrinin birindən 25 000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini C.Abbasov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.