Qaynatasını qızına görə öldürüb

23 Oktyabr, 2019 14:39 | Hadisə | Baxış sayı: 213
Qanlı bıçaq
Qanlı bıçaq

Onu elə həyət qapısının ağzında qanına qəltan edib

Xaçmazda keçmiş kürəkənin qaynatasını öldürməsilə bağlı bəzi təfərrüatlar məlum olub.

İstiPress-in şimal bürosunun yerli sakinlərdən əldə etdiyi məlumata görə, keçmiş kürəkən qaynatasını onun qızı ilə birgə nigahdan olan qız uşağını görməyə qadağa qoymasına görə öldürüb.

Keçmiş qaynata Əlihüseyn Qədirovun evinə gələn keçmiş kürəkən Səfər Qurbanov onu elə həyət qapısının ağzında qanına qəltan edərək bıçaqlayıb öldürüb. Cütlük bir müddət əvvəl boşanıbmış. Səfər Qurbanov özü isə başqa qadınla artıq evlənibmiş. Qız uşağını görə bilməyən ata heyfini keçmiş qaynatasından alıb.

Hər halda, 29 yaşlı Səfər Qurbanovun 58 yaşlı keçmiş qaynatasını öldürmə səbəbləri Xaçmaz rayon prokurorluğunda CM-nin 120.1 -qəsdən adam öldürmə maddəsilə açılmış cinayət işinin istintaqında tam aydın olacaq. Xaçmaz polisi artıq Səfər Qurbanovu təqsirləndirilən şəxs qismində isti izlərlə yaxalayaraq istintaqa təhvil verib.