Bakıda intihara cəhd edən şəxs xilas edildi

23 Oktyabr, 2019 13:57 | Hadisə | Baxış sayı: 63
İntihar cəhdi
İntihar cəhdi

Özünü evin damından atmaq istəyib

Bakıda intihara cəhd olub.

IstiPress-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər ikimərtəbəli evin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.