Bakıda qadın özünü çoxmərtəbəli binadan atıb

23 Oktyabr, 2018 17:35 | Hadisə | Baxış sayı: 119
İntihar edən
İntihar edən

Təcili yardım hadisə yerinə çatana kimi qadın keçinib

Bir neçə dəqiqə öncə Yasamal rayonu, Əsəd Əhmədov küçəsində qadın özünü çoxmərtəbəli binadan atıb.

İstiPress-in məlumatına  görə, təcili tibbi yardım hadisə yerinə çatana kimi qadın keçinib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov faktı təsdiqləyib.

Bina “Şərur” MTK-ya məxsusdur. Qadının hansı səbəbdən intihar etdiyi bəlli deyil.