Xaçmazda motosiklet ağaca çırpıldı, sürücü öldü

23 Sentyabr, 2019 14:28 | Hadisə | Baxış sayı: 115
Qəzaya uğrayan motosiklet
Qəzaya uğrayan motosiklet

Xudat sakini yaxın qohumunun nəqliyyat vasitəsini idarə edib

Xaçmazın Yalama qəsəbəsi ərazisində ölümlə nəticələnən qəza baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, Yalama-Səlimoba yolunun 4-cü km-də Xudat şəhər sakini, 21 yaşlı Samir Süleymsn oğlu Muradov gecə saatlagında idarə etdiyi motosikleti ağaca vurub.

Nəticədə sürücü yerindəcə ölüb. Faktı Xaçmaz polis şöbəsinin istintaq bölməsi araşdırır.

Motosikletin mərhumun qaynına məxsus olduğu deyilir.