Bakıda sərnişin avtobusu drenaj xəttinə düşdü

23 Sentyabr, 2019 13:05 | Hadisə | Baxış sayı: 45
Qəza
Qəza

Qəzaya səbəb avtobusun qabağına çıxan 2 maşın olub

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğrayaıb. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, qəza Qaradağ rayonunda qeydə alınıb.

149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb. İlkin araşdırma zamanı məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib. Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

"Qeyd edək bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən məlum hadisənin ağır qəza olaraq təqdim edilməsi və xeyli sayda yaralıların olması barədə məlumatlar həqiqəti əks etdirmir".