Bakı bulvarında kişi meyiti tapıldı

23 Sentyabr, 2018 14:25 | Hadisə | Baxış sayı: 142
Təcili yardım bulvarda
Təcili yardım bulvarda

Təxminən 20-25 yaşlarında olduğu güman edilir

Bakı bulvarında kişi meyiti tapılıb.

İstiPress-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbər yayıb.

Bildirilir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dünən Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində dənizdə batdığı ehtimal olunan 1 nəfərin axtarışları başa çatıb. Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu naməlum kişi meyitini (təxminən 20-25 yaşlarında) taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.