Bakı sakinini çimərlikdə bıçaqlayıb 2 min avrosunu apardılar

23 Avqust, 2019 15:45 | Hadisə | Baxış sayı: 59
Əli bıçaqlı qatil (Arxiv)
Əli bıçaqlı qatil (Arxiv)

Dənizdə çimərkən sahildə olan paltarlarının cibindən pul oğurlandığını görüb

Şüvəlan çimərliyində insident olub.

IstiPress-in məlumatına görə, C.Bədəlov adlı şəxs dənizdə çimərkən sahildə olan paltarlarının cibindən pul oğurlandığının şahidi olub.

Oğurluq etmək istəyənlərə yaxınlaşan zaman iki nəfər naməlum şəxs C.Bədəlova bıçaqla xəsarət yetirərək onun cibində olan 2000 avro pulunu götürərək hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırma aparılır.