Arvadının başını kəsmiş qatilə ömürlük həbs cəzası istənildi

23 Avqust, 2019 19:39 | Hadisə | Baxış sayı: 128

Cəzasını ağır rejimli cəzaçəkmə müəssisəində çəkməlidir

Türkiyənin Kırıkkale şəhərində keçmiş arvadını 10 yaşlı qızının gözlərini önündə vəhşicəsinə qətlə yetirən və bununla da ölkəni ayağa qaldıran Fedai Barana istənilən cəza məlum olub.

İstiPress-in məlumatına görə, baş prokurorluq cinayətkarın ömürlük həbs cəzasına məhkum edilməsini istəyib. Türkiyə mətbuatının yaydığı məlumata görə, o, cəzasını ağır rejimli cəzaçəkmə müəssisəində çəkməlidir.

Qeyd edək ki, Kırıkkale şəhərində yerləşən kafelərdən birində övladı ilə yemək yeyən Əminə Bulud 4 il əvvəl boşandığı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Onun eks-əri Fedai Baran 10 yaşlı qızının gözü qarşısında onun boğazını kəsib. Həmin anın videosu sosial şəbəkədə sürətlə yayılıb. Görüntülərdə qadın boğazını tutaraq ölmək istəmədiyini deyir, qızı isə ona yaxınlaşaraq “ana, nə olar ölmə!” söyləyir. İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu qətllə bağlı fikrini bildirərək qadının “ölmək istəmirəm” çığırtısının bu günə kimi cinayətə qurban gedən bütün qadınların səsi olduğunu bildirib.