Zavodda qısqanc sevgili kütləvi qətl törətdi - VİDEO

23 Avqust, 2017 10:45 | Hadisə | Baxış sayı: 271

3 nəfəri öldürdü, ikisini yaraladı

Rusiyada Nijni-Novqorodda yerləşən avtomobil zavodunda naməlum şəxs 3 nəfəri öldürüb.

İstiPress-in rus mətbuatına istinadən verdiyi məlumata görə, daha 2 nəfər yaralanıb.

Hadisə tökmə sexində baş verib. Cinayəti törədən şəxsin qısqanclıq zəminində buna əl atması ehtimal olunur. Onun öldürdüyü şəxslər - sevgilisi laborant, müdir və digər həmkarıdır.