Tanınmış meyxana ustası Bayram Kürdəxanılı ölüb

23 Avqust, 2017 08:11 | Hadisə | Baxış sayı: 322
Bayram Kürdəxanılı
Bayram Kürdəxanılı

B.Kürdəxanılı 55 yaşında ağır yol qəzasında dünyasını dəyişib

Tanınmış meyxana ustası Bayram Kürdəxanılı (Bayramqulu Quliyev) avtomobil vurması nəticəsində ölüb.

Hadisə Kürdəxanı qəsəbəsində baş verib. Bayram Kürdəxanılı yolu keçərkən onu qəsəbə sakini Emin Fərhadov tərəfindən idarə olunan "Peugeot" markalı avtomobil vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.  

Sürücü E.Fərhadov saxlanılıb, onun barəsində cinayət işi başlanılıb. 

Məlumata görə, hadisə B.Kürdəxanılı qəsəbədəki toy mərasimindən evinə gedərkən baş verib.//APA

Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1961-ci ilin dekabrın 31-ində Kürdəxanıda doğulub. Kürdəxanıdakı 113 saylı orta məktəbi bitirib. Meyxana sənətinə kiçik yaşlarından gəlib. İlk şeirlərini böyük qardaşı şair Nəcəfqulunun təsiri ilə yazmışdır. Əsgərlikdən qabaq da şeir deyən Bayram, bunu sonra da davam etdirir. 1982-ci ildən 1985-ci ilə qədər AzTV-də işləyib.