Bayram Kürdəxanılının ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

23 Avqust, 2017 11:35 | Hadisə | Baxış sayı: 336
Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır

Daxili İşlər Nazirliyi meyxanaçı Bayram Kürdəxanlının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

İstiPress-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 23-də saat 2 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Fərhadov idarə etdiyi “Peugeot” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bayram Quliyevi vurub. Xəstaxanaya yerləşdirilən B. Quliyev orada ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, meyxana ustası olan Bayram Quliyev Bayram Kürdəxanılı kimi tanınır.