Bakı sakini atasını öldürdü, anasını yaraladı

23 Avqust, 2017 12:26 | Hadisə | Baxış sayı: 191
Əli bıçaqlı qatil (Arxiv)
Əli bıçaqlı qatil (Arxiv)

E.Sadıqov 6 ay əvvəl həbsdən çıxıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə, anasını isə yaralamaqda təqsirləndirilən Emin Sadıqovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

İstiPress-in xəbərinə görə, prosesə hakim Samir Əliyev sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış avqustun 30-a təyin edilib.

Qeyd edək ki, hadisı Xətai rayonun Əbilov küçəsi ev 18/12 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1987-ci il təvəllüdlü Emin Sadiq oğlu Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Saleh oğlu Sadıqovu bıçaqlayaraq qətlə yetirib.

Həmin zaman E.Sadıqov ona mane olmaq istəyən anası, 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Y.Sadıqova xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, E.Sadıqov 6 ay əvvəl həbsdən çıxıb. Onun külli miqdarda borcu olduğu, borcu ödəmək üçün yaşadıqları evi satmaq istədiyi, atası ilə mübahisənin də bu səbəbdən baş verdiyi bildirilir.