Sərnişin avtobusu maşına çırpıldı - 1 ölü

23 İyul, 2020 14:48 | Hadisə | Baxış sayı: 49
Qəza
Qəza

Paytaxtın Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

İstiPress DİN-ə istinadən xəbər verir ki, rayonun Q.Qarayev prospektində Bakı şəhər sakini S.Hacıyevin idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə paytaxt sakini Taleh Dadaşovun idarə etdiyi moped toqquşub. 

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş T.Dadaşov orada ölüb. 

Nizami RPİ tərəfindən araşdırma aparılır.