Avtomobil yoldan çıxdı - sərnişin öldü

23 İyul, 2019 18:59 | Hadisə | Baxış sayı: 68
Avtomobil qəzası
Avtomobil qəzası

Sürücü idarəetməni itirib

Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

İstiPress-in məlumatına görə, hadisə rayonun Girdəni kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı 90-LK-933 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil hərəkət zolağından çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan bir qadın ölüb, iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.