Yevlaxda tələbələrin avtobusu aşdı, ölənlər var

23 May, 2019 11:10 | Hadisə | Baxış sayı: 213
Yaralı
Yaralı

Qəza zamanı yaralanan 21 nəfərdən 2-i reanimasiyadadır

Yevlax rayonunda mikroavtobusun aşması ölümlə nəticələnib.  "Mercedes" markalı mikroavtobus Yevlax-Xaldan-Mingəçevir yolunda hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb. 

Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib. 2006-cı il təvəllüdlü Sevindik Tamerlan oğlu İmanzadə hadisə yerində, 20 yaşlı Sadət Müzəffər qızı Musayeva isə xəstəxanada ölüb.

Müxtəlif xəsarətlər almış 21 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Yevlax Rayon Mərkəzi Xəstəxanasında 21 nəfərə tibb müəssisəsinin müvafiq bölmələrində yardım göstərilir. Onlardan 2-si reanimasiyadadır, 1-nin vəziyyəti ağır, digərinin isə durumu orta-ağır qiymətləndirilir. 

Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində xəsarət alanların çoxu tələbədir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilən 2 nəfərin sağlamlıq durumu normaldır.

Yaralılar:

Nəsibli Ülviyyə Ədalət qızı (2000)

Məmmədova Nigar Azər qızı (1999)

Məmmədova Rüfanə Hüseyn qızı (1993)

Cəbrayılov Elzamin Pərviz oğlu (2003)

Qədirli Afət Seymur qızı (2002)

Nəcəfli Aygün Azər qızı (2002)

Həsənov Ümüd İsmayıl oğlu (2001)

İmanova Gülər Adil qızı (1982)

Əkbərov Əziz Əkbər (2001)

Cəfərova Fizzə Mahmud qızı (1959)

Hüseynova Aynurə Adil qızı (1977)

Şəhriyarov Xüdaverdi Qəmbər (1967)

Alıxanov Elşən Röşən oğlu (2000)

Şahmali İlahə Ramil oğlu (2001)

Məmmədli Aygül Azər qızı (1994)

Behbudov Murad Hüseyn oğlu (2002)

Məmmədova Gülər Vidadi qızı qızı (1989)

Ibrahimov Şəhlar Abbas oğlu (1999)

Faktla bağlı araşdırma aparılır. /report/