Bakıya gətirilən ölü heyvanın əti yolda tutuldu

23 May, 2019 11:58 | Hadisə | Baxış sayı: 34
Yararsız ət
Yararsız ət

Heyvan cəmdəyini paytaxtda satmaq istəyiblər

İmişli rayonunda 95 kq istehlaka yararsız, ölmüş heyvan cəmdəyi aşkar olunub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları tərəfindən daxil olan məlumat əsasında  Ağcabədi rayon sakini Rəhimov Elçin Namizəd oğluna məxsus avtomobilə baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində ölmüş vəziyyətdə kəsilən, istehlaka yararsız 95 kq iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. İlkin araşdırmalar zamanı heyvan cəmdəyinin satış məqsədi ilə Ağcabədidən Bakıya daşındığı məlum olub.

Heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Aparılan müayinələrin nəticələrinə uyğun olaraq qanunvericilik çərçivəsində tədbirlər görüləcək. 

Hazırda faktla bağlı araşdırma davam etdirilir.