DİN-dən genişmiqyaslı əməliyyat

23 May, 2018 12:47 | Hadisə | Baxış sayı: 83
Azərbaycanda polis əməliyyatı - ARXİV
Azərbaycanda polis əməliyyatı - ARXİV

Daxili İşlər Nazirliyi ölkənin bir neçə rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

IstiPress-in məlumatına görə, mayın 22-də Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ağababa Abbasovdan 430 qram marixuana aşkar edilib.

Sabirabad Rayon Nərimankənd kənd sakini Qədir Babayevdən narkotik vasitə olan marixuana götürülüb. Polis əməkdaşları onun narkotiki əldə etdiyi mənbəni də müəyyən ediblər və narkovasitəni ona satmaqda şübhəli bilinən həmkəndlisi S.Əhmədov da saxlanılıb və ondan da marixuana götürülüb.

Davam etdirilən tədbirlərlə S.Əhmədovun narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu məlum olub. Onun Həşimxanlı kəndi ərazisində aqrotexniki qaydada becərdiyi 41 ədəd çətənə kolu və çəkisi 485 qram olan marixuana da aşkar edilərək götürülüb.

Xaçmaz Rayon Ağtala kənd sakini Əlövsət Cəbiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 109 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Sabirabad Rayon Həşimxanlı kəndi ərazisində kultivasiya yolu ilə yetişdirilmiş 41 ədəd çətənə kolu və ümumi çəkisi 485 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Nərimankənd kənd sakinləri olan iki yeniyetmə saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.