Bakılı ruhi xəstə maşın qaçırıb qəza törətdi

23 May, 2018 16:26 | Hadisə | Baxış sayı: 131
qəzaya uğrayan KİA
qəzaya uğrayan KİA

O, başqa maşınla toqquşub

Qubada avtomobil qaçıran şəxs tutulub.

İstiPress-in şimal bürosuna DİN-dən verilən məlumata görə, mayın 22-da saat 15 radələrində Quba şəhərinin ərazisindən Qam-Qam kənd sakini İlkin Rəhimova məxsus “VAZ-2105” markalı avtomobil qaçırılıb və idarə edilərkən Paşa-oba kənd sakini Nəsir Dadaşovun idarə etdiyi “Kia” markalı avtomobillə toqquşub.

Nəticədə xəsarət alan olmayıb, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, ruhi xəstə olan Kamran Müzəffərov RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.