Meyiti tapılan kişini tanışı öldürüb

23 Aprel, 2020 11:18 | Hadisə | Baxış sayı: 196
Bıçaqlanma
Bıçaqlanma

Qarın nahiyəsindən bir bıçaq zərbəsi alaraq ölüb

İki gün əvbəl Xaçmaz rayonu ərazisində boş olan ərazidə meyiti tapılan kişinin öldürüldüyü məlum olub.

İstiPress-in şimal bürosunun məlumatına görə, Xaçmaz şəhər sakini, 42 yaşlı Ceyhun Sadıqovun meyiti çöllük sahədə tapılandan sonra hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Araşdırmalarla mərhumun tanışı, Xaçmaz şəhər sakini, 47 yaşlı Kamran Məmmədov tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Onun qarın nahiyəsindən bir bıçaq zərbəsi alaraq öldüyü deyilir.

Xaçmaz polisi artıq Kamran Məmmədovu şübhəli şəxs kimi tutaraq istintaqa təhvil verib.

Fakta görə Xaçmaz rayon prokurorluğunda cinayət işi açılıb.