Avtomobillə qonşu rayon sakinini vurub öldürdü

23 Aprel, 2020 12:39 | Hadisə | Baxış sayı: 129
Avtomobil qəzası
Avtomobil qəzası

Hadisə gecə saatlarında baş verib

Xaçmazda piyada qəzada ölüb.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə gecə saatlarında Gəndab-Yalama yolunun Xaçmaz şəhərindən keçən hissəsində qeydə alınıb.

Xaçmaz sakini, 37 yaşlı Fazil Ağarzayev idarə etdiyi "Jiquli-21013" markalı avtomobillə yolu keçən Quba rayon sakini, 56 yaşlı Ədalət Seleymanovu vurub. Piyada hadisə yerindəcə ölüb.

Xaçmaz rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb. Qəzanın baş verməsinin səbəbləri araşdırılır.