Şri-Lankada ölü sayı artdı

23 Aprel, 2019 09:10 | Hadisə | Baxış sayı: 15
Şri-Lanka
Şri-Lanka

Bu gün ölkədə matəm elan edilib

Şri-Lankada bazar günü törədilən terror aktları nəticəsində ölənlərin sayı artıb. Son məlumata görə, ötən gün 290 olan ölü sayı bu gün üçün 310 nəfərə çatıb. Hələ xəstəxanalarda 480 yaralının müalicəsi davam edir. Onların arasında vəziyyəti ağır olanlar da var. 

Şri-Lanka rəhbərliyi 23 apreli matəm günü elan ediblər. Ölkədə fövqəladə hal elan edilib. 

Artıq bir-birinin ardınca baş verən 8 partlayışa görə 30 nəfər şübhəli şəxs qismində salxanılıb. 

Xatırladaq ki, ötən gün Şri-Lankada bir-birinin ardınca 8 partlayış törədilib. Partlayışların əksəriyyəti Pasxa bayramından öncəki dini ayinləin icra edildiyi kilsə və otellərdə olub. Ölən və yaralılar arasında bayramı bu ekzotik ölkədə qeyd etmək üçün Şri-Lankaya üz tutan xarici ölkə vətəndaşları da var.