Birinci kursda oxuyan qız özünü öldürmək istədi

23 Aprel, 2019 17:59 | Hadisə | Baxış sayı: 179
İntihar etmək istəyən qız
İntihar etmək istəyən qız

Qol və qıç nahiyələrindən sınıq xəsarətləri alıb

Qubada 15 yaşlı yeniyetmə qız intihara cəhd edib.

İstiPress-in şimal bürosunun məlumatına görə, rayonun Möhüc kəndindən olan, Quba Dövlət Sosial-İqtisadi Kollecinin birinci kurs tələbəsi F.M. özünü şəhər ərazisindən keçən Qudyalçaya ataraq intihar etmək istəyib.

Qol və qıç nahiyələrindən sınıq xəsarətləri alan tələbə Quba rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Tələbə qızın valideynləri və kollecdə mübahisə etdiyi, bu səbəbdən özünü öldürmək istədiyi bildirilir.

Fakta görə Quba rayon prokurorluğunda CM-nin 125-ci maddəsilə istintaq tədbirlərinə başlanılıb.