Bakıda yanğın, ev sahibi yandı

23 Aprel, 2019 10:07 | Hadisə | Baxış sayı: 27
Yanğınsöndürənlər
Yanğınsöndürənlər

58 yaşlı kişinin meyitini FHN tapıb

Bakıda baş verən yanğın ölümlə nəticələnib. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Yanğının kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Məmmədov Qurban Məmmədtağı oğlunun meyiti aşkar edilib.

Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.